“KLİNİK LABORATOR DİAQNOSTİKADA YENİLİKLƏR” SİMPOZİUMU
22 DEKABR 2018-Cİ İL, QUBA, AZƏRBAYCAN
Hörmətli həmkarlar!
2-ci Klinik Laborator Diaqnostikada Yeniliklər Simpoziumu Quba şəhərində keçiriləcək. Aktual problemlərə həsr olunacaq 2-ci bölgə toplantımızda sizləri görməkdən məmnun olarıq.
Simpoziumda Klinik Laboratoriya mütəxəssisləri ilə bərabər digər ixtisaslardan olan müalicə həkimləri də iştirak edə bilərlər.
Simpozium Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub.
Ətraflı məlumat üçün:
+994 50 291 34 37
📍Ünvan: Quba şəhəri, «Quba Palace» Hotel.
Qeyd: 2-ci Klinik Laborator Diaqnostikada Yeniliklər (2-ci KLDY) Simpoziumunda iştitar etmək istəyənlərin diqqətinə!
Quba şəhərində keçiriləcək 2-ci Klinik Laborator Diaqnostikada Yeniliklər Simpoziumu Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub. Simpoziumda iştirak ödənişsizdir. İştirak üçün əvvəlcədən qeydiyyat tələb olunur. Simpoziumda iştirak etmək istəyənlərdən aşağıdakı məlumatları info@azklmib.az ünvanına göndərmələri xahiş olunur:
- İştirakçının Adı, Soyadı:
- İxtisası:
- İşlədiyi müəssisə:
- Vəzifəsi:
- Şəxsiyyət vəsiqəsinin nömrəsi:
- Əlaqə telefonu (mobil):
Simpoziumun proqramı:
22 dekabr 2018 ci il tarixində Quba şəhərində (Quba Palace Hotel) keçiriləcək 2-ci Klinik Laborator Diaqnostikada Yeniliklər Simpoziumunun proqramını sizlərə təqdim edirik.
14:00-14:45 Qeydiyyat
14:45-15:00 Açılış məruzələri
Məruzəçilər:
Prof.Dr. Arif Əfəndiyev (AZKLMİB sədri)
Dos.Dr. Ramin Bayramlı (AZKLMİB sədr müavini)
Elmi proqram:
15:00-15:40 Birinci sessiya
Biokimya və Mikrobiologiya Laboratoriyaları: Klinsistlər nə gözləməlidir?
Sədr: Dr. Arif Əfəndiyev (AZKLMİB sədri)
15:00-15:20 Mikrobiologiya Laboratoriyalarından Klinsistlər nə gözləməlidir?
Məruzəçi: T.ü.f.D. Dr. Qumral Ələkbərova (İnci Laboratoriyalarının tibbi direktoru, mikrobioloq)
15:20-15:40 Pediatriyada istifadə olunan testlər.
Məruzəçi: Dr. Əfsanə Məmmədova (Biokimya mütəxəssisi)
15:40-16:00 Çay fasiləsi
16:00-17:00 İkinci sessiya
Klinik Diaqnostikada Tibbi Laboratoriyaların Yeri
Sədr: Dos. Dr. Ramin Bayramlı (AZKLMİB sədr müavini)
16:00-16:20 Laborator Analizlərdə Yol Verilən Xətalar (Klinsistin gözü ilə)
Məruzəçi: Dr. Valeh Hüseynov (Talassemiya Mərkəzinin Direktoru, Hematoloq)
16:20-16:40 Laborator Diaqnostikada Analizönü (Pre-Analitik) faktorların əhəmiyyəti
Məruzəçi: T.ü.f.D. Dr. Yavər Hacısoy (AZKLMİB məsul katibi, ATU-nun baş müəllimi)
16:40-17:00 Klinik Diaqnostikada Laboratoriyaların Yeri
Məruzəçi: Dos. Dr. Ramin Bayramlı (AZKLMİB sədr müavini)
Simpoziumun bağlanışı: Müzakirələr, təkliflər. Xatirə fotosunun çəkilməsi və sertifikatların təqdim edilməsi.
Proqrami PDF formatında yükləmək.
QEYD: Sipmoziumda iştirak edəcək həmkarlarımızın nəzərinə!
Gələrkən Şəxsiyyət Vəsiqənizi özünüzlə götürməyi unutmayın!
Son qeydiyyat tarixi: 20.12.2018
Ətraflı məlumat üçün: +994 50 291 34 37