"Antibiotiklərdən Düzgün İstifadə Həftəsi"

"Antibiotiklərdən Düzgün İstifadə Həftəsi"

Antibiotiklərə rezistentlik hər il dünyada 1.27 milyondan artıq ölümə səbəb olan qlobal səhiyyə problemidir.
2019 və 2023-cü illər arasında Avropa İttifaqı ölkələrində antibiotik istifadəsi 1% artmışdır ki, bu da Avropa İttifaqının tövsiyə etdiyi, antibiotik istifadəsinin 2030-cu ilədək 20% azaldılması hədəfindən daha da uzaqlaşmaq deməkdir.
Nümunə olaraq, eyni dövrdə (2019-2023) MRSA mənşəli qan dövranı infeksiyalarında əhəmiyyətli azalma qeyd olunsa da, karbapenemlərə rezistent K.pneumoniae ilə törədilən qan dövranı infeksiyaları kimi digər kritik infeksiyalar bu dövrdə təxminən 60% artmışdır.

2030-cu ilədək antibiotiklərə rezistentliyin səhiyyə sistemlərinə vuracağı çox ciddi ölçüdəki zərərin qarşısını almaq, xəstələri qorumaq və antibiotikləri gələcək nəsillər üçün effektiv saxlamaq məqsədilə təcili şəkildə ciddi tədbirlər görülməlidir. Buraya xəstəxanalardakı gigiyenik tədbirlərdən, şəxslərin antibiotik reseptlərini yalnız uyğun sertifikatlı mütəxəssis tərəfindən alması çağırışına qədər böyük tədbirlər şəbəkəsi daxildir. Bu səbəbdən də, “Antibiotiklərdən Düzgün İstifadə Həftəsi”-nin bu ilki mottosu “Maarifləndir, Öhdəlikləri yerinə yetir və Dərhal tədbir gör” şəklindədir.

ÜST “Vahid Sağlamlıq” (One Health) devizi altında antibiotik rezistentliyinin qarşısının alınmasında insan və heyvan sağlamlığı və ekosistemin qorunması sahələrində bütün səyləri birləşdirərək vahid hədəf üçün birlikdə çalışmanın əhəmiyyətini xüsusilə vurğulamaqdadır.

Hər birimizin “Vahid Sağlamlıq” devizi altında antimikrobial reistentliklə mübarizədə bir rolu vardır!