
Üzvlərimiz Birliyin müvafiq orqanlarının verdiyi səlahiyyət çərçivəsində həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər. AZKLMİB üzvlərinə Beynəlxalq elmi təşkilatlarla, görkəmli elm xadimləri ilə əlaqələrin qurulması üçün dəstək veriləcək.
Üzvlərimiz Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək (o cümlədən birliyin konqreslərində güzəştli şərtlərlə iştirak), həmçinin, Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək hüququna malikdirlər.
Üzvlər öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət edə, hüquqi yardım istəyə bilərlər.
Üzvlərimiz Nizamnaməyə uyğun olaraq təşkilatın idarəçiliyində iştirak edə bilərlər. Bütün üzvlərimizin Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq hüququ vardır.
Üzvlərimiz Azərbaycan alimlərinin apardıqları nəzəri, təcrübi və klinik elmi-tədqiqat işlərinin ümumiləşdirilməsində, birgə elmi tədqiqat işlərinin aparılmasında və alınan nəticələrin müzakirəsində aktiv rol oynayacaqlar. Üzvlərin ixtisaslarının artırılmasına, onların elmi işlərinin, kəşf və səmərələşdirici təkliflərinin müzakirəsinin təşkilinə, onların tətbiq edilməsinə hərtərəfli dəstək veriləcək.
Üzvlərimiz müxtəlif işçi qruplara üzv olmaqla diaqnostik metodların təkmilləşdirilməsində, həmçinin bu sahədə elmi-tədqiqat laboratoriyalarının yaradılmasında, Klinik laboratoriya sahəsində elmi-tibbi terminologiyanın işlənib hazırlanmasında iştirak edəcəklər. AZKLMİB üzvləri yeni elmi diaqnostik nailiyyətlərin, biliklərin təbliğinə və geniş yayılmasına cəlb ediləcəklər.