Skip to main content Skip to search

Missiyamız və Baxışımız

MİSSİYAMIZ

Klinik Laboratoriya (Biokimya, Mikrobiologiya, İmmunologiya, Genetika) sahəsində çalışan mütəxəssislərin və qurumların problem və ehtiyaclarını müəyyənləşdirmək, həll yollarını işləyib hazırlamaq, Klinik Laboratoriya mütəxəssislərinin peşə və şəxsi hüquqlarının qorunması və inkişafı istiqamətində çalışmaq, birlik üzvlərinə hüquqi yardım göstərmək, üzvlərlə birlikdə əhalinin sağlamlığı ilə bağlı mövzularda ölkə daxilində bilik səviyyəsinin artırılması, ixtisas təhsili, tibbi xidmət və elmi araşdırma sahələrinin inkişafı üçün hədəflər qoymaq, üzvləri bu hədəflər istiqamətində çalışmağa təşviq etmək, hədəflərə nail olmaq üçün milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək.

BAXIŞIMIZ

Kinik Laborarotoriya (Biokimya, Mikrobiologiya, İmmunologiya, Genetika) sahələrində milli standartların yaradılması istiqamətində səmərəli fəaliyyət göstərən, problemlərin həlli üçün layihələr hazırlayan, ixtisas təhsilinin müvafiq standartlara çatması üçün çalışan nüfuzlu və güclü mütəxəssislər birliyi olmaqdır.