Skip to main content Skip to search

Haqqımızda

Klinik laboratoriya sahəsinin (Biokimya, Mkrobiologiya, İmmunologiya, Genetika) inkişafına kömək etmək, bu sahədə alimlərin və mütəxəssislərin səylərini birləşdirmək məqsədilə «Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi»ni (AZKLMİB) təsis edilmişdir. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və nizamnaməsi əsasında həyata keçirir. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır (qeydiyyat No1118-Q62-3573; 24 aprel 2018-ci il).

Birliyin yaradılacaq bütün strukturları təsis məqsədindən irəli gələn vəzifələri yerinə yetirmək üçün əzmlə çalışacaqdır. Azərbaycan alimlərinin apardıqları nəzəri, təcrübi və klinik elmi-tədqiqat işlərinin ümumiləşdirilməsində iştirak etmək; üzvlərin ixtisaslarının artırılmasına, onların elmi işlərinin, kəşf və səmərələşdirici təkliflərinin müzakirəsinin təşkilinə, onların tətbiq edilməsinə hərtərəfli yardım etmək; beynəlxalq elmi təşkilatlarla, görkəmli elm xadimləri ilə əlaqələrin möhkəmləndirilməsinə, onların birgə elmi tədqiqat işlərinin aparılmasına yardım etmək və s. AZKLMİB-in ümdə vəzifələrindəndir.

Məlumdur ki bütün dünyada peşə ilə bağlı elmi cəmiyyət və dərnəklər müvafiq sənaye sahəsi ilə sıx əməkdaşlıq çərçivəsində çalışır. Elmi və sosial əhəmiyyətli yeni nailiyyətlər yalnız belə əməkdaşlıqlar sayəsində mümkün olur. Yuxarıda göstərilənlər nəzərə alınaraq müvafiq sənaye təmsilçiləri ilə əməkdaşlığa da xüsusi diqqət yetiriləcəkdir.