22.12.2018 tarixində AZKLMİB-in 2. Bölgə Toplantısı — «Klinik Laborator Diaqnostikada Yeniliklər» Sipoziumu gerçəkləşib.
Quba şəhərində (Quba Palace Hotel) keçirilən 2-ci Klinik Laborator Diaqnostikada Yeniliklər Simpoziumunda Quba şəhərindən və ətraf rayonlardan Klinik Biokimya və Klinik Mikrobiologiya mütəxəssisləri başda olmaqla, 120-dən çox müxtəlif ixtisaslardan olan həkimin qatıldığı toplantını AZKLMİB sədri Prof.dr. Arif Əfəndiyev açıq elan etdi. Sədr, yeni yaradılan elmi cəmiyyətin məqsədi və missiyası haqqında məlumat verdi.
AZKLMİB sədr müavini Dos.dr. Ramin Bayramlı Azərbaycan Səhiyyə tarixində Klinik Laboratoriya sahəsində ilk dəfə yaradılan ictimai birliyin strukturları, üzvlük qaydaları və gələcək planları ilə bağlı iştirakçılara məlumat verdi.
Simpozium öz işini elmi proqram üzrə davam etdirdi.
İştirakçıların yüksək marağına səbəb olan və disskusiyalarla keçən toplantıda onlara maarifləndirici materiallar və «Klinik Laborator Diaqnostika» kitabı hədiyyə edildi, sertifikatlar təqdim olundu.