Bloq

Koronavirus (COVİD — 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Operativ qərargah mütəxəssisləri, aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.

AZKLMİB idarə heyəti də edilən tövsiyələri nəzərə alaraq, aprelin 5-də Lənkəran şəhərində keçirilməli olan 4-cü Klinik Laborator Diaqnostikada Yeniliklər Simpoziumunun qeyri müəyyən vaxta kimi təxirə salınmasına qərar verdi.

Növbəti tarixlə bağlı məlumat səhifəmiz vasitəsilə bildiriləcəkdir.

Ətraflı məlumat üçün:
 +994 55 895 10 83
 +994 50 305 86 44

Klinik diaqnostik laboratoriyalarda çalışan tibb heyət üçün təlim

Klinik diaqnostik laboratoriyalarda çalışan tibb heyət üçün təlim   İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən…
13 Dek, 2019
0 Comment