Nümunənin xəstədən alınması və laboratoriyaya göndərilməsindən əvvəl bu halların baş verməməsinə diqqət edilməlidir.

  • Nümunənin etiketlənməməsi, yaxud səhv etiketlənməsi və ya üzərində ad olmaması
  • Qan alma tarixi və saatının olmaması
  • Nümunə növünün bildirilməməsi və ya yanlış bildirilməsi
  • Yetərsiz miqdarda nümunə
  • Yanlış olaraq qatılan kimyəvi maddələr
  • Kimyəvi maddələrlə nümunə arasındakı düzgün olmayan reaksiya
  • Düzgün olmayan saxlama şəraiti
  • Çox köhnəlmiş material
  • Bakterioloji müayinəyə göndərilən materialın, yaxud tam qanın dondurulması
  • Materialın əridildikdən sonra təkrar dondurulması
  • Serumu ayırmadan qanın uzun müddət saxlanılması
  • Sentrifuqadan keçirmə müddətinin yetərsiz olması
  • Yanlış daşınma, yaxud saxlama şəraiti
  • Hemoliz, lipemiya və laxtalanma kimi təsiredici faktorlar