12.10.2018 tarixində AZKLMİB-in 1. Bölgə Toplantısı — «Klinik Laborator Diaqnostikada Yeniliklər» Sipoziumu gerçəkləşib.

AXC-nin 100 illiyinə həsr olunmuş Simpozium Cümhuriyyətin ilk paytaxtı Gəncə şəhərində, Ramada Plaza oteldə baş tutub. Gəncə şəhərindən və ətraf rayonlardan Klinik Biokimya və Klinik Mikrobiologiya mütəxəssisləri başda olmaqla, 150-dən çox müxtəlif ixtisaslardan olan həkimin qatıldığı toplantını AZKLMİB sədri Prof.dr. Arif Əfəndiyev açıq elan etdi. Dövlət himninin oxunuşunun ardından sədr yeni yaradılan elmi cəmiyyətin məqsədi və missiyası haqqında məlumat verdi.
Simpoziuma təşkilati dəstək verən YGTM direktoru Ülkər Kərimova simpoziuma uğurlar arzu etdi.

AZKLMİB sədr müavini Dos.dr. Ramin Bayramlı Azərbaycan Səhiyyə tarixində Klinik Laboratoriya sahəsində ilk dəfə yaradılan ictimai birliyin strukturları, üzvlük qaydaları və gələcək planları ilə bağlı iştirakçılara məlumat verdi.

Simpozium öz işini elmi proqram üzrə davam etdirdi.
İştirakçıların yüksək marağına səbəb olan və disskusiyalarla keçən toplantıda onlara maarifləndirici materiallar və «Klinik Laborator Diaqnostika» kitabı hədiyyə edildi, sertifikatlar təqdim olundu.