Klinik diaqnostik laboratoriyalarda çalışan tibb heyət üçün təlim

İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində laboratoriyaların standartlaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində bir sıra tibb müəssisələrinin laboratoriyalarında çalışan həkim və orta tibb işçiləri üçün təşkil olunan təlim başa çatıb.