Koronavirus (COVİD — 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Operativ qərargah mütəxəssisləri, aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.

AZKLMİB idarə heyəti də edilən tövsiyələri nəzərə alaraq, aprelin 5-də Lənkəran şəhərində keçirilməli olan 4-cü Klinik Laborator Diaqnostikada Yeniliklər Simpoziumunun qeyri müəyyən vaxta kimi təxirə salınmasına qərar verdi.

Növbəti tarixlə bağlı məlumat səhifəmiz vasitəsilə bildiriləcəkdir.

Ətraflı məlumat üçün:
 +994 55 895 10 83
 +994 50 305 86 44