Nümunələrdən imtina kri­te­ri­yaları istək olunan testlərdən ası­lıdır. Laboratoriya tərəfindən qəbu­lundan imtina edilən nümunələr testi istəyən həkimə və ya testi göndərən mərkəzdəki məsul personala xəbər verilmədən atılmamlıdır.

Nümunələrdən aşağıdakı səbəblərlə əlaqədar imtina oluna bilər:

  • Hemoliz
  • Lipemiya
  • Qanın laxtalanmış olması
  • Nümunənin yetərsiz miqdarda, yaxud işarələnmiş xətdən artıq miqdarda (koaqulyasiya testləri, hemoqram) olması
  • Müvafiq testə uyğun olmayan qoruyucu
  • Etiketlənməmiş, yaxud üzərində ad-soyad yazılmamış nümunə
  • Yanlış etiketlənmiş nümunə
  • Nümunənin uyğun olmayan formada toplanması
  • Nümunənin uyğun olmayan sınaq şüşəsinə və ya qaba alınması
  • Qırılmış, çatlamış qablarda göndərilən nümunələr, nümunənin qab və ya şprisdən kənara sızmış olması
  • Steril qabda göndərilməsi vacib olan nümunələrin steril olmayan qabda göndərilməsi
  • Başqa bir materialla kontaminə olmuş nümunələr (məs. sidiyin nəcis ilə qarışması kimi)
  • Nümunədə barkod, alınma tarixi və saatının olmaması (təcili hallarda yazılı qeydiyyat aparılaraq məsul laborant və ya laboratoriya mütəxəssisinin məlumatı daxilində işlənilir, daha sonra mütləq faks, yaxud e-mail ilə bu vəziyyəti açıqlayan yazı və ya yeni test istək forması göndərməlisiniz).
  • İstək formasına klinik məlumatların və ilkin diaqnozun yazılmaması; belə ki, əgər xəstələrdə HCV, HBV, HIV kimi infeksiyalar ehtimal olunursa və ya yoluxduqları daha əvvəl təsdiqlənmişsə, bu barədə mütləq bildirilməlidir. (Belə hallarda laboratoriya tərəfindən nümunəni göndərən mərkəz ilə əlaqə saxlanılır, müvafiq düzəliş aparılr. Mümkün olduqda faks və ya e-mail ilə yazılı şəkildə təsdiq alınır). Bu tipli nümunələrə nümunə qəbul bölməsində mavi etiket yapışdırılaraq işlənilmək üçün laboratoriyaya göndərilir. Nəticələrin şərhi lazım gəldikdə düzgün mülahizə yürütmək üçün bu məlumatların olması vacibdir və müvafiq hissənin doldurulmasına xüsusi diqqət yetirmək vacibdir.
  • Nümənin tipinin bildirilməməsi və yanlış bildirilməsi (faks və ya e-mail ilə təsdiq alınır)
  • İstək formasındakı məlumatlarla nümunə qabındakı məlumatların uyğunsuzluğu (faks və ya e-mail ilə təsdiq alınır)
  • Nümunələrin uyğun sınaq şüşəsi və ya qablara alınmamış olması
  • Nümunələrin laboratoriyaya uyğun temperatur şəraitində çatdırıl­maması
  • Nümunələrin təklif olunan müddətlərdən çox saxlanılmış olması
  • Mikrobioloji müayinə üçün nümunələrin formalin içərisində göndərilməsi
  • Mikobakteriyaların tədqiqi üçün 24 saat müddətində toplanan bəlğəm və sidiyin göndərilməsi
  • Boyadılmış preparatlarda mikroskopik müayinə üçün nümunələrin transport qidalı mühitlərində göndərilməsi
  • Mikrobioloji baxımdan uyğun olmayan nümunələrin göndərilməsi: bağırsaq möhtəviyyatı, qusuntu, Foley kateterinin ucu, kolostomiya nahiyəsi materialı, yeni doğulmuşun mədə aspiratı ilə müayinə aparılmır.
  • Mikrobioloji baxımdan düzgün alınmayan nümunələrin göndərilməsi: səthi, oral, periodontal, yataq yarası, varikoz xora, yanıq yarası, səthi qanqrenoz yara, perirektal absesdən tamponla alınmış nümunələr qəbul edilmir; toxuma nümunəsi və ya aspirat istənilməlidir. Lipemik, hemolizə uğramış, laxtalanmış, düzgün şəraitdə göndərilməyən, yaxud yetərsiz miqdarda göndərilən nümunələr barədə xəstənin həkimi/göndərən mərkəz məlimatlandırılır və nümunə təkrar istənilir. Nümunələrin təkrar gəlməsi mümkün deyilsə və ya BOM, perikard, plevra, oynaq mayeləri kimi çətin alınan və miqdarı kifayət etməyən nümunələr isə analiz edilir və nəticə hissəsində bu vəziyyət bildirilir.