AZKLMİB olaraq ölkəmizdə laborator tibb sahəsinin inkişaf tarixində növbəti mühüm bir uğura nail olduq. Böyük məmnuniyyət hissi ilə bildiririk ki 23 Noyabr 2023-cü il tarixindən etibarən AZKLMİB Avropa Klinik Kimya və Laborator Tibb Federasiyasına (EFLM - European Federation of Clinical Chemistry and Laboratory Medicine) tam hüquqlu üzv qəbul edilib.
Bu barədə EFLM Prezidenti Prof. Tomris Özben AZKLMİB İdarə Heyətinin sədr müavini, dosent Ramin Bayramlıya məktub ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli Ramin Bayramlı,
EFLM İdarə Heyəti və EFLM üzv cəmiyyətləri adından mən “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyi”ni (AZKLMİB) Avropa Klinik Kimya və Laborator Tibb Federasiyasının yeni həqiqi üzvü kimi salamlamaqdan məmnunam. Təqdim etdiyiniz sənədlərə əsasən, EFLM-nin 41 Milli Cəmiyyətinin tam üzvlərindən ibarət EFLM Ümumi Yığıncağı, 23 noyabr 2023-cü il tarixli son iclasında tam üzv kimi üzvlüyünüzün lehinə səs verdi. EFLM-nin tam hüquqlu üzvü olaraq, AZKLMİB vakansiya yarandıqda EFLM İşçi Qrupları daxilində tam və müxbir üzv vəzifələrinə namizədlər göndərə bilər. Bundan əlavə, tam üzv kimi AZKLMİB EFLM Ümumi Yığıncaqlarında səsvermə hüququna malikdir...”
Qeyd edək ki, AZKLMİB EFLM-nin 42-ci tam hüquqlu üzvü seçilib. Keçmiş SSRİ məkanından Rusiya, Ukrayna, Latviya, Litva, Estoniya və Gürcüstandan olan elmi cəmiyyətlərdən sonra AZKLMİB quruma üzv olan 7-ci ölkə kimi Azərbaycanı təmsil edəcək. Türk Dövlətləri Təşkilatından isə Türkiyə və qurumun müşahidəçi dövləti Macarıstandan olan elmi cəmiyyətlər EFLM-nin tam hüquqlu üzvləridir. Elmi cəmiyyətimizin EFLM-yə üzv olması Azərbaycan Laboratoriya Təbabəti və həmçinin Azərbaycan səhiyyəsi üçün əlamətdar bir hadisədir.
İnanırıq ki, EFLM ilə əməkdaşlıq ölkəmizdə laborator tibbin inkişafına böyük töhfələr verəcək, AZKLMİB üzvləri üçün yeni elmi, nəzəri və praktiki imkanlar yaradacaqdır. Bu imkanlar barədə ətraflı məlumatlar veriləcəkdir. AZKLMİB İdarə Heyəti olaraq bu münasibətlə Azərbaycan laborator tibb ictimaiyyətini, o cümlədən AZKLMİB üzvlərini təbrik edir, uğurlar arzu edirik!
Hörmətlə, AZKLMİB İdarə Heyəti